İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Trampın narazılıq etdiyi Avropa ölkələrinin adlarını açıqladı

ABŞ prezidenti Donald Tramp “könüllülər Koalisiyası” ilə bugünkü telefon danışığı zamanı Avropanın hələ də Rusiya neftini satın almasından “çox narahat” olduğunu bildirib. Musavat.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “könüllülər Koalisiyası”nın görüşlərinin yekunları üzrə jurnalistlərlə söhbəti zamanı deyib.

Ukrayna prezidenti Trampın iki ölkəni nəzərdə tutduğunu bildirib: "Bu sırada iki ölkə var - Macarıstan və Slovakiya. Rusiya bizim enerji sektorumuza hücum edəndə, biz isə onların pul qazanıb silaha xərclədiyi enerji sektoruna hücum etməklə cavab verdikdə, bu iki ölkə prezident Trampa şikayət etdi ki, Ukrayna belədir, bu, əlverişli nefti əldə etmək imkanlarını azaldır".

Prezident əlavə edib ki, Ukrayna Rusiyanın neft sektoruna qarşı “bu cür sanksiyaları tapıb”: "Mən şadam ki, bu gün ABŞ açıq şəkildə bu ölkələrin adlarını çəkərək, Rusiyanın döyüş maşınına kömək etdiklərini deyir. Və hamımız bunu dayandırmalıyıq".

Bundan əvvəl Politico jurnalistləri Ukraynanın Rusiya neft emalı zavodlarına endirdiyi zərbələrin nəticələrini dəyərləndiriblər. Xüsusilə qeyd edilir ki, Rusiya neftayırma zavodlarına zərbələrin sürəti davam edərsə, Moskva bu payızda danışıqlara getməyə məcbur ola bilər.

Bu arada Reuters Rusiya neftayırma zavodlarına zərbələrin miqyasını hesablayıb. Jurnalistlərin fikrincə, son zərbələr Rusiyanın neft emalı gücünün ən azı 17 faizini təmin edən Rusiyanın enerji obyektlərini dayandırıb. Bu, gündə təxminən 1,1 milyon barel deməkdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR