İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi FED-in rəhbər üzvünə qarşı cinayət işi qaldırıb

ABŞ Ədliyyə Nazirliyi Federal Ehtiyatlar Sisteminin Rəhbərlər Şurasının üzvü Liza Kuka qarşı cinayət təhqiqatına başlayıb. Musavat.com  xəbər verir ki, məlumatı The Wall Street Journal yayıb.

Qəzetin mənbələrinə görə, Ədliyyə Nazirliyi Kukun ipoteka ərizələri verərkən həqiqətən yalan məlumat verib-verməməsi ilə bağlı araşdırma çərçivəsində bir sıra çağırış vərəqələri verib.

Bundan əvvəl Kuka qarşı ABŞ Federal Mənzil Maliyyə Agentliyinin (FHFA) rəhbəri Bill Pulte tərəfindən ipoteka fırıldaqçılığı ilə bağlı ittiham irəli sürülüb. O, ABŞ-ın baş prokuroru Pem Bondiyə məktub göndərərək onu Kuku araşdırmağa çağırıb. Pultenin məktubunda o, Kukun "ipoteka kreditləri üzrə daha sərfəli şərtlər əldə etmək üçün bank qeydlərini və əmlak məlumatlarını saxtalaşdırdığını" iddia edib ki, bu da saxtakarlıqdır və cinayət təqibinə əsas yaradır.

ABŞ prezidenti Donald Tramp avqustun sonlarında Pultenin iddialarını əsas gətirərək Kuku vəzifəsindən azad edib. Lakin Kuk prezidentə qarşı iddia qaldırıb. Vaşinqtonun federal dairə məhkəməsinə təqdim edilən iddiada, Trampın FED-in rəhbər üvünü vəzifədən azad etməzdən əvvəl prezidentdən ehtimal olunan səbəbi sübut etməsini tələb edən Federal Ehtiyat Aktını pozaraq, onun işdən çıxarılması səbəbinin “uydurma” olduğu qeyd edilir.

İddiada bildirilir ki, Kuku vəzifədən uzaqlaşdırmaq istəyinin əsl səbəbi “onun tez istefasını təmin etmək və Trampın FED-in müstəqilliyini aradan qaldırmaq üçün qurumun idarə heyətində yer boşaltmaqdır”.

Hakim Kukun işin icraatında olduğu müddətdə onun kollegiyadan uzaqlaşdırılmasının qarşısını alan fövqəladə qərar tələbinə baxır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR