Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidentinin oğlu Erik Tramp artıq milyarder statusu qazanıb.
Musavat.com xəbər verir ki, bu barədə Forbes nəşri məlumat yayıb. Xəbərə görə, Erik Trampın sərvətindəki sıçrayış onun American Bitcoin şirkətindəki səhmlərinin dəyərinin kəskin artması ilə bağlıdır.
Nəşrin hesablamalarına əsasən, Erik Trampın şirkətdə 73 milyon səhmi var. Kriptovalyuta bazarındakı yüksəliş fonunda həmin səhmlərin dəyəri pik nöqtədə 950 milyon dollara çatıb. Bu isə onu milyarder edən əsas amil kimi qiymətləndirilir.
Qeyd edək ki, Tramp ailəsi son illər maliyyə və kriptovalyuta sahəsində bir sıra iri layihələrlə gündəmə gəlib. Erik Trampın pay sahibi olduğu American Bitcoin şirkətinin isə bazardakı sürətli dəyər artımı Tramp ailəsinin sərvətinə ciddi təsir göstərib.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ