Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandası sabah DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə qarşılaşacaq.
Musavat.com xəbər verir ki, görüş sentyabrın 5-i Bakı vaxtı ilə 22:45-də Reykyavikin ən böyük arenalarından biri olan Laugardalsvöllur stadionunda baş tutacaq.
UEFA artıq matçın hakim heyətini açıqlayıb. Qarşılaşmanı Niderlanddan olan briqada idarə edəcək. Baş hakim qismində Sander van der Eyk çıxış edəcək. Ona yan xətlərdə həmvətənləri Rens Blümink və Stefan de Qroot kömək edəcəklər. Dördüncü hakim isə Mark Naqteqaal olacaq.
VAR otağında da niderlandlı mütəxəssislər çalışacaqlar – əsas VAR hakimi Jerön Mansxot, onun köməkçisi isə Klay Ruperti təyin olunub. Matçın hakim-inspektoru Tomas Eynvaller (Avstriya), UEFA nümayəndəsi isə Marvin Robinson (İngiltərə) olacaq.
Sultan Məmmədli
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ