Onlayn ictimai-siyasi qəzet
Rusiya nümayəndə heyəti MDB Oyunları ilə əlaqədar Azərbaycana səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyarev danışıb.
Nazir bildirib ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ona dəvət ünvanlayıb.
“Nümayəndə heyətimiz Bakıya səfərə hazırlaşır. Orada MDB Oyunları keçiriləcək. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib. Lakin öz səfərimlə bağlı qərarı ayrıca verəcəyəm”,-deyə Mixail Deqtyarev bildirib.
Qeyd edək ki, III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq. Yarışlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ