İnsanlara hürriyət, millətlərə istiqlal!

26 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır – Makron

“Könüllülər koalisiyası”na daxil olan 26 dövlət bu ölkədə atəşkəs və ya sülhün bərqərar olmasından sonra Ukraynaya hərbi kontingentin göndərilməsində iştirak etməyə hazır olduqlarını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə təşkil olunan koalisiya danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib: “Bu gün 26 ölkə rəsmi olaraq Ukraynaya dəstək qüvvəsi kimi qoşun yerləşdirməyi və ya atəşkəs və ya sülhün bərqərar olmasının ertəsi günü Ukrayna ərazisində bu dəstəyi təmin etmək üçün quruda, dənizdə və ya havada mövcudluğunu təmin etməyi öhdəsinə götürüb”.

O, əlavə edib ki, “daha ​​bir neçə ölkə öz mövqeyini nəzərdən keçirməkdə davam edir” və bugünkü iclasa ümumilikdə 35 iştirakçı daxil olub. Fransa prezidentinin sözlərinə görə, Ukrayna ərazisində hərbi kontingentin formalaşdırılması “Rusiyaya qarşı müharibə aparmaq məqsədi daşımır”, lakin bu qüvvələr “sülhə zəmanət verməli və aydın strateji siqnal verməlidir”. O, həmçinin vurğulayıb ki, bu qüvvələr cəbhə xəttində yerləşdirilməyəcək, hələlik müəyyənləşən müəyyən ərazilərdə olacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR