İnsanlara hürriyət, millətlərə istiqlal!

Anbardardan milyarderə: 91 yaşında vəfat edən Armaninin UĞUR HEKAYƏSİ

Xəbər verdiyimiz kimi, dünyanın ən böyük moda ikonalarından biri Corco Armani 91 yaşında dünyasını dəyişib.

Onun vəfatı barədə xəbər bu gün rəsmi olaraq "Armani Group" tərəfindən təsdiqlənib.

Musavat.com 91 yaşında vəfat edən Corco Armaninin həyat hekayəsi haqqında maraqlı məlumatları təqdim edir.

İtalyan modelyeri Giorgio Armani dünyanın ən nüfuzlu moda ikonalarından biridir. O, karyerasına tamamilə başqa sahədə başlasa da, sonradan modanı seçərək böyük uğura imza atıb.

Armani” 3,5 milyon avroluq cərimələndi

1950-ci illərdə Milan Universitetinin Tibb fakültəsində oxuyan Armani 1957-ci ildə La Rinascentre univermağında anbardar kimi işləməyə başlayıb. Daha sonra vitrin ustası və geyim alıcısı vəzifələrində çalışıb. 1961-ci ildə dizayner Nino Ceruttinin köməkçisi olub və 1970-ci ildən müxtəlif italyan brendləri üçün modellər hazırlayıb.

Armani 1974-cü ildə ilk kişi kolleksiyasını təqdim edərək moda dünyasında inqilab etdi. Onun klassik kostyumları ənənəvi çiyin yastıqlarından imtina edərək daha rahat formalarla diqqət çəkdi. 1975-ci ildə isə ilk qadın kolleksiyasını yaratdı. 1979-cu ildə ABŞ-da ilk filialını açdı, 1982-ci ildə kütləvi bazar üçün əlçatan geyim xəttini təqdim etdi. 2001-ci ildə Rusiyada butik açan dizayner 2005-ci ildə yüksək moda kolleksiyasına da start verdi.

Corco Armani vəfat etdi

Armani həmçinin prinsipləri ilə seçilir. 2006-cı ildə bədən kütləsi indeksi 18-dən aşağı olan modellərin podiuma çıxmasını qadağan edən ilk dizayner oldu. 2016-cı ildə təbii xəz istifadəsindən imtina etdi. 2023-cü ildə isə üzvi və təkrar emal materiallarından hazırlanmış ekoloji kolleksiya təqdim etdi.

Bu gün Armani İtaliyanın ən zəngin insanlarından biridir. Forbes onun sərvətini 11,6 milyard dollar olaraq qiymətləndirir. “Giorgio Armani” brendinin dünyanın müxtəlif ölkələrində 2 mindən çox mağazası, 8,6 mindən çox işçisi var. 2024-cü ildə şirkətin gəliri 2,3 milyard avro təşkil edib.

Armani vəfat etdi » Lider Xəbər

Dizayner həm də İtaliya Respublikasının Fəxri Fərman Ordeninin Böyük Xaç, Fransanın Şərəf Ordeni kimi nüfuzlu titullara layiq görülüb.

Anbardardan başlayan yol onu bu gün dünya modasının canlı əfsanəsinə çevirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR