İnsanlara hürriyət, millətlərə istiqlal!

"İstəklilər koalisiyası” Ukraynaya uzaqmənzilli raketlər verəcək – London açıqladı

Ukraynanın hərbi potensialını gücləndirmək istiqamətində mühüm addım atılır.

Musavat.com xəbər verir ki, Böyük Britaniya hökuməti “istəklilər koalisiyası”na daxil olan tərəfdaş ölkələrin Ukraynaya uzaqmənzilli raketlər göndərməyə hazır olduqlarını açıqlayıb.

Rəsmi Londondan yayılan bəyanatda bildirilir:

“Baş nazir Kir Starmer tərəfdaşların Ukraynaya uzaqmənzilli raketlərin verilməsi ilə bağlı açıqlamalarını alqışlayıb. O həmçinin hərbi planlaşdırma qruplarına və qərargah rəhbərlərinə atəşkəs halında qüvvələrin yerləşdirilməsini təmin etmək üçün davamlı əməliyyat işlərinə görə təşəkkürünü bildirib”.

Qeyd edək ki, bu addım Qərbin Kiyevə hərbi dəstəyinin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR