Onlayn ictimai-siyasi qəzet
Hazırda Rusiya-Azərbaycan arasındakı gərginliyin nə zaman aradan qalxacağı hər iki ölkənin gündəminin əsas mövzularından biridir. Xüsusilə, son olaraq Çində Vladimir Putin və İlham Əliyev arasında salamlaşma səhnəsindən sonra bu mövzu aktuallığını daha da artırıb.
Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirib ki, top Rusiyanın qapısındadır: “Putinin Azərbaycanla münasibətlər barədə dediyi fikirlər Moskvanın Bakı ilə normallaşma xəttinin inkişaf etdirilməsi istəyini göstərir, xüsusilə Cənubi Qafqaz regionundakı vəziyyət Kremli buna sövq edir.
Lakin burada əsas məsələ münasibətlərin normallaşması üçün Rusiyanın nə edəcəyidir. Yəni hər şey Rusiyadan asılıdır. Moskva Bakının haqlı tələblərini qəbul etməlidir. AZAL-ın vurulan təyyarəsi ilə bağlı ədalətli mövqe sərgiləməli, günahkarları cəzalandırmalı və kompensasiya ödəməlidir. Rusiyada yaşayan soydaşlarımıza qarşı hücumları dayandırmalıdır. Rusiya ilə yalnız bu halda münasibətlərin normallaşmasını müzakirə etmək olar. Kreml isə bunların heç birini etmədən münasibətlərin normallaşmasından danışırsa, bu, Bakıya diktə etmək cəhdidir. Belə olan halda münasibətlərin normallaşması çətin görünür”.
Cavanşir ABBASLI
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ