Onlayn ictimai-siyasi qəzet
Azərbaycan əsilli bloger Hüseyn Həsənovun evinə hücum olunub.
Bloger bu barədə instaqram hesabında paylaşım edib.
Məlumata görə, gecə saatlarında bir qadın əlində bıçaqla evinin qapısını döyüb və onu ölümlə hədələyib.
Bloger isə bu barədə polisə xəbər verib.
Həsənov bildirib ki, həmin qadın ona davamlı olaraq xoşagəlməz, anlaşılmaz mesajlar yazır:
“Bu qadın aylardır mənə yazır. Mənə deyir ki, sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır. Bu gün isə mənim evimə bıçaqla gəlib”.
H.Həsənov həmin qadının köməyə ehtiyacı olduğunu deyib:
“Mən onun kim olduğunu bilmirəm. Əgər onun yaxınları bu yazıları oxuyub, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa onu klinikaya göndərsin”./Qafqazinfo.az/
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ