İnsanlara hürriyət, millətlərə istiqlal!

İlbər Ortaylı Türkiyənin cənub-şərqində qırğız və uyğurları məskunlaşdırmağı təklif edir

Məşhur türkiyəli tarixçi İlbər Ortaylı Türkiyənin cənub-şərqindəki Dəclə-Fərat hövzəsi bölgəsində qırğız və uyğurları məskunlaşmağı təklif edib, çünki onlar “zəhmətkeş əkinçi” və “yaxşı heyvandardırlar".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, neft sərvətləri ilə bağlı münaqişələrdən daha vacib olan Türkiyənin su ehtiyatları ilə bağlı münaqişələrə qarışması halında görülməli olan tədbirləri sadalayan tarixçi qeyd edib ki, uyğur fermerləri və qırğızlar boş qalan kəndlərə gətirilməlidir.

“Fərat-Dəclə hövzəsi Türkiyə üçün texniki, demoqrafik və siyasi baxımdan həyati əhəmiyyət kəsb edir. Buradakı boş kəndlər ləngidilmədən Asiyanın qardaş əhalisi ilə məskunlaşdırılmalıdır. Çinin nüvə sınaqlarından bezmiş münbit Uyğur bölgəsinin zəhmətkeş fermerləri ən qısa zamanda Türkiyəyə gətirilməlidir”, - İ.Ortaylı deyib.

Millət vəkili Meral Danış Beştaş isə tarixçinin təklifini təqdir etməyib və Türkiyənin daxili sosial problemlərinin diqqətdən kənarda qaldığına işarə edərək bunu “irqçilik” adlandırıb. BMT-nin məlumatına görə, Türkiyədə əsasən Suriyadan olan 3,7 milyon qaçqın yaşayır və bu, sosial gərginliyi artırır.

Tarixçinin bu təklifinə “UzMetronom” qəzeti də münasibət bildirib. Redaksiyadan verilən məlumata görə, Türk Akademiyasının medalı ilə təltif olunan Ortaylı Türk Dövlətləri Təşkilatının tədbirlərində, o cümlədən Astana və Daşkənddə keçirilən forumlarda fəal iştirak edir. Onun türk xalqlarının birliyinə, qardaşlığına aid fikirləri bəzi dairələrdə “pantürkizm” adlandırılır.

Ancaq İ.Ortaylının Dəclə-Fərat hövzəsində uyğurlar və qırğızların məskunlaşdırılması təşəbbüsü Türkiyənin “ucuz işçi qüvvəsi”nə ehtiyacı ilə bağlı deyil, daha strateji düşüncənin məhsuludur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR