Onlayn ictimai-siyasi qəzet
Qərbi Almaniyada keçiriləcək bələdiyyə seçkiləri öncəsi ard-arda baş verən ölümlər ölkədə böyük rezonans doğurub.
Musavat.com xəbər verir ki, artıq 16 namizədin vəfat etdiyi açıqlanıb.
İlk yeddi ölüm hadisəsindən sonra ölkədə müxtəlif versiyalar ortaya atılıb. İddia olunurdu ki, ölənlər əsasən “Almaniya üçün Alternativ” (AfD) partiyasının üzvləridir və bu, gizli sui-qəsdin nəticəsi ola bilər. Lakin polis açıqlama verərək dörd halda ölümün zorakılıqla bağlı olmadığını təsdiqləyib.
Sonrakı faciələr isə bu şayiələri tamamilə dağıdıb – məlum olub ki, dünyasını dəyişənlərin əksəriyyəti digər partiyaların nümayəndələridir.
Hadisə Almaniya ictimaiyyətində seçkilər ərəfəsində “qaranlıq ssenari” şübhələrini artırsa da, rəsmi qurumlar hələlik xüsusi təhlükənin olmadığını bildirirlər.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ