Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın xarici işlər naziri, baş nazirin müavini Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli zabiti saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Orda.kz” məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələr xəbəri təsdiqləyib.
Bildirilir ki, Nurtleu Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitindən qayıtmazdan bir gün əvvəl evində həbs olunub. Həm nazir, həm də Hacıyev barəsində axtarış elan edildiyi qeyd olunur.
Hazırda saxlanılan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarının kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, Murat Nurtleu Qazaxıstanın ən nüfuzlu siyasətçilərindən biri sayılır. O, güc strukturlarında əsas fiqur kimi tanınır və təhlükəsizlik qüvvələri ilə sıx əlaqələri hələ Qantara hadisələri dövründə, DTK sədrinin müavini olduğu vaxtlardan formalaşdırıb.
Hacı Hacıyev isə rəsmi olaraq iş adamı kimi fəaliyyət göstərsə də, məlumatlara görə, uzun illər Milli Təhlükəsizlik Komitəsinin ştatdankənar əməkdaşı olub.
İqbal RZAYEV,
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ