Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə futbol üzrə dünya çempionatının püşkatma mərasimi dekabrın 5-də ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutacaq. Tədbir Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzində təşkil olunacaq.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evdə çıxışı zamanı ABŞ prezidenti Donald Tramp məlumat verib.
Dövlət başçısı paytaxtda belə möhtəşəm tədbirin keçirilməsini böyük şərəf adlandırıb: “Bu, idman aləmində qeyri-adi hadisədir, dünyanın ən böyük yarışıdır. Biz ən yaxşı idmançıları xalqımızın mədəniyyət mərkəzində qəbul etməkdən qürur duyuruq”, – deyə Tramp vurğulayıb.
Mərasimdə FİFA prezidenti Canni İnfantino da iştirak edib. O, Trampı fenomenal iş görən çalışqan lider kimi dəyərləndirib. İnfantino əlavə edib ki, Dünya Kubokuna yalnız qalib komandalar və dövlət rəhbərləri toxuna bilərlər.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ