İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio Avropa nazirləri ilə Ukraynanı müzakirə etdi

ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniya, İtaliya, Polşa, Ukrayna, Finlandiya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Musavat.com Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, danışıqlarda Ukrayna böhranının həlli müzakirə olunub.

Məlumata görə, söhbətdə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas da iştirak edib. Söhbət zamanı tərəflər Ukrayna böhranının həlli üçün diplomatik səylər çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Söhbətin gündəliyi ilə bağlı başqa təfərrüatlar verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR