İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya liderindən ŞOK BƏYANAT: İsraillə razılaşma yalnız bu halda mümkündür

Suriya “İbrahim razılaşmaları”na qoşulmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa bildirib.

Onu sözlərinə görə, “İbrahim razılaşmaları” qonşu olmayan və İsraillə hər hansı mübahisəsi olmayan ölkələr arasında əldə olunub, Suriyada isə vəziyyət tam fərqlidir.

Əl-Şaraa bildirib ki, Suriya üçün hələ də işğal altında olan Qolan təpələri prioritet məsələ olaraq qalır.

O vurğulayıb ki, 1974-cü ildə imzalanmış döyüşdən çıxma sazişi hələ də əsasdır və İsraillə mümkün hər hansı yeni razılaşma yalnız Suriyanın milli maraqlarına uyğun gəldiyi və sabitliyi təmin etdiyi halda nəzərdən keçirilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR