İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən mühüm açıqlamalar...

Bu gün Rusiya prezidenti Vladimir Putin qapalı nüvə şəhəri olan Sarova gedib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya lideri səfər çərçivəsində atom sənayesi müəssisələrinin əməkdaşları və alimlərlə görüş keçirib. Görüş şəhərin mərkəzindəki Alimlər Evində baş tutub. 

Rusiya Prezidenti Vladimir Putin çıxışında Kursk vilayətində inşa edilən yeni Kursk AES-2 nüvə stansiyasını yüksək qiymətləndirib.

Putin bildirib ki, sərhəd bölgələrində zərər görmüş obyektlər bərpa ediləcək və hökumət həmin ərazilərin inkişafı üçün proqram hazırlayır. Dövlət başçısı Kursk vilayətində sənaye potensialının artırılmasının məqsədəuyğun olduğunu qeyd edib.

O əlavə edib ki, "Rosatom" münaqişə dövründə belə stansiyanın inşasını dayandırmayıb. Putin nüvə sənayesini Rusiyanın dövlət həyatının təminatında və ölkənin inkişafında əsas sahələrdən biri kimi dəyərləndirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, “Rosatom” yeni texnologiyaların tətbiqi üçün potensial bölgələrdə fəaliyyətini genişləndirir və atom sektoru ölkənin inkişafının fundamentidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR