Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenskinin Hindistana səfərinə hazırlıq görülür.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Cənubi Asiya respublikasındakı səfiri Aleksandr Polişuk "News18"ə bildirib.
Onun sözlərinə görə, səfərinin dəqiq tarixi hələlik müzakirə olunur.
“Hazırda hər iki tərəf səfərin tarixləri üzərində işləyir”, – deyə Polişuk qeyd edib.
Hindistan və Ukrayna arasında gələcək strateji tərəfdaşlıq barədə danışan səfir bildirib ki, bunun üçün böyük potensialları var.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ