Onlayn ictimai-siyasi qəzet
İranın ali rəhbəri ayətullah Əli Xamenei Tehranda İmam Rzanın anım mərasimində çıxış edib.
Musavat.com xəbər verir ki, Xamenei ABŞ-ın İrana qarşı düşmənçiliyinin 45 ildir davam etdiyini bildirib.
O, Vaşinqtonun əsl məqsədinin Tehranı öz iradəsinə tabe etmək olduğunu vurğulayıb.
Xamenei qeyd edib ki, ABŞ prezidenti Donald Tramp bu niyyətini açıq şəkildə ifadə edərək İranı “itaətkar” etmək istədiyini bəyan edib.
İranın ali rəhbərinin fikrincə, davamlı sanksiyalar və təzyiqlərin səbəbi də məhz budur.
Onun sözlərinə görə, əsl niyyət çox vaxt terrorizm, insan haqları, qadın hüquqları və demokratiya kimi bəhanələrlə pərdələnir.
O, həmçinin Amerika ilə birbaşa danışıqlara çağırışları tənqid edərək, bu cür fikirləri “səthi” adlandırıb.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ