İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna nəhəng neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Samara vilayətində yerləşən Sızran Neft Emalı Zavoduna zərbə endirildiyini təsdiqləyib.

Musavat.com xəbər verir ki, Baş Qərargahın məlumatına görə, Sızran Neft Emalı Zavodunun illik istehsal gücü 8,5 milyon ton neftdir, bu da Rusiyada ümumi neft emalının təxminən 3,08%-i deməkdir.

Zavod işğalçı qüvvələr üçün benzin, dizel yanacağı, aviasiya kerosini və digər neft məhsulları istehsalında ixtisaslaşıb.

“Obyektin ərazisində zərbələr və partlayışlar qeydə alınıb”, - deyə Baş Qərargah bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR