İnsanlara hürriyət, millətlərə istiqlal!

CİA-nın keçmiş direktorundan Putinlə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru və istefada olan general Devid Petreus bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada sülhün əsas maneəsidir.

Musavat.com xəbər verir ki, bu barədə o, ABC News kanalında aparıcı Conatan Karla müsahibəsində danışıb.

O, Putinin yalnız əlavə ərazilər əldə etdiyi halda müharibəni dayandırmaq barədə düşünə biləcəyini deyib.
ABC News-a danışan Petreus, Tramp və Zelenskinin Vaşinqtonda keçirilən görüşünə baxmayaraq, hazırda müharibənin dayandırılması üçün reallıqda əsaslı zəmin görmədiyini qeyd edib: “Putinin müharibəni dayandırmaq niyyəti yoxdur. O, ağır istehkamlarla müdafiə olunan əraziləri tələb edir və rus qoşunlarının bu templə illərlə döyüşməsi lazım gələcək”.

Petreus həmçinin ABŞ və müttəfiqlərinə Ukraynaya yardımı gücləndirsinlər, uzunmənzilli silahlar üzrə məhdudiyyətləri aradan qaldırmaları və dondurulmuş 300 milyard dollarlıq Rusiya aktivlərini Kiyevə vermələri barədə çaöırış edib. O, Rusiyaya qarşı daha sərt sanksiyaların, o cümlədən “Gazprombank”ın hədəfə alınmasının və neft ixracının daha ciddi məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, yalnız bu yolla müharibənin gedişatını dəyişmək və sülhə real zəmin yaratmaq mümkündür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR