İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp: “Putin və Zelenskinin görüşü onların özündən asılıdır”

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin mümkün görüşünə dair açıqlama verib.

Tramp bildirib ki, Vladimir Putin və Vladimir Zelenskinin görüş tarixləri yalnız onların iradəsindən asılıdır. O, tərəflərin bu istiqamətdə qərar verməsinin vacibliyini vurğulayıb.

ABŞ prezidenti həmçinin Rusiyanın dövlət başçısının Alyaskaya səfərini “böyük güzəşt” adlandırıb və bu addımın danışıqlar üçün əlverişli mühit yaratdığını qeyd edib.

Rəsmi Vaşinqton hesab edir ki, bu səfər Moskvanın kompromisə getmək niyyətini nümayiş etdirən mühüm siyasi jest kimi qiymətləndirilməlidir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR