Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bloqer Arsen Markaryan “nasizmin reabilitasiyası” ittihamı ilə barəsində aparılan cinayət işi çərçivəsində həbs olunub.
O, 23 avqustda Moskvaətrafında tutulub. Məlumata görə, Markaryan Kubinka yaxınlığında avtomobilin baqajında gizlənərək Belarus vasitəsilə ölkədən çıxmağa çalışıb. Hazırda o, “nasizmin reabilitasiyası” maddəsi ilə təqsirləndirilir.
İstintaqa əsasən, Markaryan fevralın 25-dək yaydığı bir videoda II Dünya müharibəsi qəhrəmanı, 19 yaşlı sovet əsgəri Aleksandr Matrosovu açıq şəkildə təhqir edib. O, Matrosovun qəhrəmanlığını “mənasız ölüm” adlandıraraq onun barəsində təhqiramiz ifadələr işlədib.
Rusiya İstintaq Komitəsi bloqerin digər mümkün cinayətlərdə – o cümlədən terrorizmə çağırış və dövlət hakimiyyətinə qarşı hərəkətlərdə iştirakını da yoxlayır.
Məlumata görə, məhkəmənin qərarı ilə o, 2 ay müddətinə istintaq təcridxanasına göndərilib. İttihama əsasən, Markaryanı 2 milyon – 5 milyon rubl arası cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ