Onlayn ictimai-siyasi qəzet
Ukraynada nizamlanma əldə olunmayacağı təqdirdə ABŞ Rusiya ilə “iqtisadi müharibəyə” hazırdır.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə prezident Donald Tramp Ağ Evdə prezident kabinetinin növbəti iclası zamanı jurnalistlərin suallarını cavablandırarkən çıxış edib: "Mən Ukraynadakı münaqişənin bitməsini istəyirəm. Bitməsə, dünya müharibəsi olmayacaq, amma bu, iqtisadi müharibə olacaq və bu iqtisadi müharibə pis olacaq, Rusiya üçün pis olacaq, mən bunu istəmirəm".
Tramp deyib ki, o, Ukraynada sülh görmək istəyir, ona görə də ciddi ola biləcək mümkün iqtisadi sanksiyaları tətbiq etməyə tələsmir: “Mən razılaşma görmək istəyirəm. Əgər buna əl atmalı olsam, ağlımda olanlar çox ciddi nəticələr verəcək. Amma mən bu münaqişənin bitməsini istəyirəm".
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ