İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Osmanlıya böhtan atdı, erməni soyqırımı iddiasını dəstəklədi

Musavat.com xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da yaşayan aparıcı Patrik Bet-Devidlə canlı yayımda çıxış edərək, Osmanlı imperiyası ilə bağlı əsassız iddialar səsləndirib.

Netanyahu Osmanlı dövründə ermənilərin, assuriyalıların və yunanların guya “soyqırıma” məruz qaldığını iddia edərək, bu uydurma nəzəriyyəni açıq şəkildə dəstəkləyib.

Onun bu açıqlamaları tarixi faktlara zidd olmaqla yanaşı, Osmanlı imperiyasına və bütövlükdə türk millətinə qarşı böhtan xarakteri daşıyır. Tarixçilər dəfələrlə bildiriblər ki, Birinci Dünya müharibəsi illərində baş verən hadisələr soyqırımı deyil, müharibənin yaratdığı faciələr və məcburi köçürmələrin nəticəsi olub.

Netanyahunun bu açıqlaması həm Türkiyədə, həm də regiondakı ictimai rəy arasında, o cümlədən gec saatları olmaslna rəğmən, Azərbaycan sosial mediasında ciddi narazılıq doğurub və onun siyasi motivli mövqeyi kimi qiymətləndirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2025

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR