İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev: "Rusiya Ukraynaya zərbələr endirdiyi kimi, Ukrayna da Rusiyaya zərbə endirdi və 20% enerji infrastrukturunu sıradan çıxartdı"

"Rusiya Ukraynaya zərbələr endirdiyi kimi, Ukrayna da Rusiyaya zərbələr endirib və bu ölkənin enerji infrastrukturunun 20 faizini sıradan çıxarıb".

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.

Məlumatda bildirilir ki, Rusiya ilə Ukrayna uzun müddətdir müharibə aparır və tərəflər hələ sülhə hazır görünmürlər.

“Ümumiyyətlə, prezident Donald Tramp çox çalışır ki, qan tökülməsini dayandırsın, amma bunu həm də hər iki ölkənin lideri istəməlidir. Ona görə də böyük ehtimal qan tökülməsi hələ davam edəcək”, – Ağ Ev rəsmisi qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR