Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Norveçdə güclü torpaq sürüşməsi baş verib.
Təbii fəlakət nəticəsində bir neçə yaşayış evi və təsərrüfat binaları göz görə-görə torpaqla birlikdə dənizə axıb. Hadisənin dəhşətli anları əks olunan video kadrlar isə artıq bütün dünyada sosial şəbəkələrdə sürətlə yayılır.
Sosial şəbəkə istifadəçiləri hadisəni “təbiətin gücünün və amansızlığının canlı nümayişi” kimi dəyərləndiriblər. Kadrlar həm Norveç, həm də beynəlxalq mediada böyük rezonans doğurub. Görüntülərdə sahilboyu evlərin və tikililərin sanki dalğalar tərəfindən udulduğu, insanların isə həyəcanla hadisəni izlədiyi görünür.
Norveç hökuməti hadisə yerində fövqəladə vəziyyət elan edib. Hazırda axtarış-xilasetmə işləri aparılır, yerli sakinlər təhlükəsiz ərazilərə köçürülür. Hələlik insan itkisi barədə rəsmi məlumat yoxdur, lakin evlərini itirənlərin sayı onlarla ölçülür.
Mütəxəssislər bildirirlər ki, sürüşməyə səbəb son həftələrdə bölgədə intensiv yağan yağışlar və torpaq qatının boşalması olub. Norveçin sahilboyu bölgələri geoloji quruluş baxımından belə sürüşmələrə həssas sayılır.
Musavat.com həmin dəhşətli görüntüləri oxucularına təqdim edir:
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ