Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə onun “öldüyü” barədə yayılan xəbərlərə münasibət bildirib.
O, bu iddialardan xəbərsiz olduğunu deyib. “Bu barədə heç bir paylaşım görməmişəm, amma bunlar tamamilə ağılsız şayiələrdir”, – Tramp bildirib.
Prezident əlavə edib ki, bu cür uydurmalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır və heç bir əsası yoxdur.
Onun gümrah və yaxşı əhvalda olduğu diqqət çəkib. Tramp zarafatla bildirib ki, “iki gündür müharibə bitirmirəm, hamı elə bilib ölmüşəm”.
Dövlət başçısı çıxışı zamanı həmçinin deyib: “Bir neçə gün dincəldim, hamı isə dəli oldu. Bayden ümumiyyətlə işləmirdi, amma hamı buna normal yanaşırdı”.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ