Onlayn ictimai-siyasi qəzet
ABŞ büdcəsinin idxal tariflərindən əldə edilən gəliri ilin sonuna qədər 1 trilyon dollara çata bilər.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə maliyyə naziri Skott Bessent ABŞ prezidenti Donald Trampın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclasında çıxış edib: "Maliyyə Nazirliyi tariflərdən rekord gəlir əldə edir, dediyim kimi, bu, ildə 300 milyard dollar olacaq".
Onun sözlərinə görə, büdcə gəlirlərində iyuldan avqusta qədər əhəmiyyətli sıçrayış qeydə alınıb: “Düşünürəm ki, avqustdan sentyabra qədər daha böyük sıçrayış görəcəyik. Ona görə də düşünürəm ki, biz ilin sonunadək yarım trilyonu keçə və bəlkə də 1 trilyon dollara yaxınlaşa bilərik".
Bessent Trampın səlahiyyət müddətinin əvvəlindən federal büdcə kəsirinin azalmasına diqqət çəkib: “Bu administrasiya, sizin administrasiya büdcə kəsirini xeyli azaldıb. Orta hesabla, bu prezidentlik dövründə büdcə kəsiri ABŞ-ın əvvəlki prezidenti Co Baydenin son 12 aylıq dövründəkindən 26 faiz azdır".
İyulun sonunda ticarət naziri Hovard Lutnik ABŞ-ın 10 il ərzində təxminən 7 trilyon dollar tarif gəliri əldə edə biləcəyini söylədi.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ