İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela BMT-dən ABŞ-ın nüvə təhdidindən qorunma istədi

Venesuela ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Karib dənizinə göndərilməsi və Latın Amerikasında sülhə təhlükə ilə bağlı BMT-nin baş katibinə müraciət edib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri İvan Gil Pinto BMT-nin Venesueladakı rezident əlaqələndiricisi Canluka Rampolla ilə görüşdən sonra özünün Telegram kanalında yayıb: “Biz BMT-nin Baş katibi Antonio Quterreşə sağlam düşüncənin bərpası xahişi ilə müraciət etdik və sülhə təhlükə yaradan Karib hövzəsində ABŞ hərbi birləşmələrinin və hətta nüvə silahlarının yerləşdirilməsi ilə bağlı narahatlığımızı bölüşdük”. Onun sözlərinə görə, BMT koordinatoru ilə görüşdə ABŞ administrasiyasının “2014-cü ildə Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyi tərəfindən sülh zonası elan edilmiş” regionda düşmənçilik hərəkətlərinin güclənməsini müzakirə edib.

Rampolla BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNDOC) 2025-ci il hesabatında qeyd edildiyi kimi, Venesuelanın "qanunsuz əkinlərdən azad ərazi olduğunu" təsdiqləyib. O, ABŞ-ın narkotik alveri ilə bağlı ittihamlarının “Venesuellaya qarşı təcavüz üçün bəhanə kimi xidmət etdiyini” vurğulayıb.

Venesuelanın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-ın “USS Newport News” nüvə sualtı qayığını və idarəolunan raket kreyseri USS Lake Erie-ni Karib dənizinə göndərmək qərarını pisləyib: “Venesuela ABŞ silahlı qüvvələrinin Karib hövzəsində yerləşdirilməsinə dərhal son qoyulmasını, Vaşinqtonun regionda nüvə silahından istifadə ilə hədələməyəcəyinə dair aydın və yoxlanıla bilən təminat tələb edir”. Venesuela missiyası ABŞ-ı Latın Amerikası və Karib hövzəsini nüvə silahından azad zona elan edən 1968-ci ildə imzalanmış Tlatelolko müqaviləsinə əməl etməyə çağırıb. Həmçinin vurğulanıb ki, nüvə sualtı qayığının göyərtəsindəki silahlar göstərilmədən Karib dənizinə ötürülməsi bu müqavilənin müddəalarına ziddir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR