İnsanlara hürriyət, millətlərə istiqlal!

Müavinət və pensiya alanların DİQQƏTİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Bu barədə Musavat.com-a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları, avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları, avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR