İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayrılıq səbəbi bu imiş

Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının üç ildir davam edən münasibəti gözlənilmədən başa çatıb. Ayrılığın pərdəarxasında isə Hakan Sabancı'nın anası Arzu Sabancı'nın evliliyə razılıq verməməsi olduğu iddia edilir. Erçelin sosial mediada birlikdə çəkilən şəkilləri silməsi isə söz-söhbətləri daha da gücləndirib.

Bir müddətdir evlilik yolunda olduqları deyilən cütlüyün sürpriz şəkildə ayrılması magazin gündəmini silkələyib. Hande Erçelin Instagram hesabından Sabancı ilə romantik fotolarını silməsi, "ayrılıq artıq qəti" kimi dəyərləndirilib.

Cütlüyün yollarını ayırmasının əsas səbəbi kimi "ailə faktoru" göstərilir. İddialara görə, Hande Erçel evlilik qərarı versə də, Arzu Sabancı bu nikaha müsbət yanaşmayıb. Anasının etirazından sonra cütlüyün İtaliya səfərindən dönüşdə ayrılıq qərarı aldığı irəli sürülüb.

Arzu Sabancı'nın sosial media paylaşımı da böyük rezonans doğurub. O, Instagram hesabında belə yazıb:

"Cəhalət də yuxu kimidir. Səni oyadan insana ilk reaksiyan qəzəb olar."

Bu paylaşım qısa müddətdə gündəmi zəbt edib.//Milli.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR