Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myon Koreya yarımadasında sülhün perspektivlərinə dair maraqlı açıqlama verib.
O bildirib ki, gələcəkdə KXDR-də Trump Tower inşa ediləcəyinə və orada golf oynaya biləcəyinə ümid edir.
Cənubi Koreya lideri həmçinin ABŞ prezidenti Donald Trampın yarımadada sülhməramlı rol oynayacağına inandığını vurğulayıb.
Li Çje Myon əlavə edib ki, Şimali Koreya rəhbərinin də Tramp ilə görüşü səbirsizliklə “gözləyəcəyinə” əmindir.
Rəsmi Seul hesab edir ki, Trampın vasitəçiliyi Koreya yarımadasında gərginliyin azaldılması üçün yeni imkanlar aça bilər.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ