Onlayn ictimai-siyasi qəzet
Rusiya hərbçiləri Donetsk vilayətində yerləşən DTEK şirkətinə məxsus mədənə zərbə endirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində bir işçi həlak olub, daha üç nəfər yaralanıb.
DTEK açıqlayıb ki, hücum zamanı müəssisənin binaları və avadanlıqları zədələnib, elektrik təchizatı kəsilib. Zərbə anında yerin altında 146 şaxtaçı olub, onların səthə çıxarılması prosesi davam edir.
Hadisə barədə ilk məlumatı Ukrayna Azad Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Mixail Volınyets yayıb. O, Dobropol icmasındakı mədənlərin də elektrik təchizatından məhrum olduğunu, yerin altında 148 şaxtaçının qaldığını bildirib.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ