Onlayn ictimai-siyasi qəzet
Xerson şəhərinin keçmiş meri Volodimir Mikolaenko Rusiya əsirliyindən azad edilərək Ukraynaya geri dönüb.
Musavat.com xəbər verir ki, Ukrayna mediası sabiq merin əsirlikdən sonrakı görüntülərini yayıb.
Məlumata görə, Rusiya hərbçiləri Mikolaenkonu əməkdaşlığa razı salmağa çalışsalar da, o, bundan imtina edib. Yaxınlarının sözlərinə görə, məhz bu səbəbdən onun saxlanması baş verib.
Azadlığa çıxdıqdan sonra Mikolaenko bildirib:
"Beton və barmaqlıqlardan başqa heç nə görmədim. Bu gün mənim ikinci doğum günümdür".
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ