İnsanlara hürriyət, millətlərə istiqlal!

Vensdən ŞOK SÖZLƏR: “Əgər Rusiyanı idarə edə bilsəydik..."

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukraynada davam edən müharibənin uzanmasının əsas səbəbi Rusiyanın atəşkəs istəməməsidir.

Musavat.com xəbər verir ki, o bu barədə yerli mediaya açıqlamasında bildirib.

“Rusiya mürəkkəb səbəblərə görə atəşkəs istəmir. Biz Rusiyanın hərəkətlərini idarə etmirik, amma əgər bunu edə bilsəydik, müharibə yeddi ay əvvəl başa çatardı”, – deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, Moskvanın mövqeyi səbəbindən diplomatik danışıqlar nəticəsiz qalır və döyüş əməliyyatları davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR