İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenskidən Azərbaycanla bağlı PAYLAŞIM

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Zelenski bildirib ki, Azərbaycan Prezidentinin Müstəqillik Günü münasibətilə etdiyi təbriki və ukraynalılara olan hörməti yüksək qiymətləndirir.

“Hörmətli cənab Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər. Biz humanitar və digər yardımlara görə dost Azərbaycana çox minnətdarıq. Ümid edirik ki, xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı daha da inkişaf etdirəcəyik”, – Zelenski əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR