Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Qərbi Zəngəzura səfər edib.
O, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş nazirin müavini Tiqran Xaçatryanla birlikdə səfirlik toplantısında iştirak etmək üçün kiçik təyyarə ilə Qafana gəlib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, Qafanda Paşinyanı müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslər qarşılayıb.
N.Paşinyan Qafanda keçirilən toplantıdan qısa video yayımlayıb.
Musavat.com
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ