Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Ukrayna istehsalı olan silahlardan istifadə edir.
Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kanada Baş naziri Mark Karni ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Medianın Amerika silahlarının istifadəsinə qadağa qoyulması ilə bağlı iddiaları Ukrayna prezidenti üçün yeni xəbərdir: "Bu gün, düzünü desəm, biz yerli istehsal olan uzaqmənzilli silahlarımızdan istifadə edirik. Düzünü desəm, son vaxtlar Amerika Birləşmiş Ştatları ilə belə məsələləri müzakirə etmirik".
Eyni zamanda, Ukrayna prezidenti çoxdan belə bir halın olduğunu xatırladıb: "Xatırlayırsız ki, onların energetika sektorumuza endirdiyi zərbələrdən sonra bizim cavab zərbələrimizlə bağlı müxtəlif siqnallar var idi. Bu, çoxdan idi. Bu gün biz bunu heç xatırlamırıq. Bu, mənim üçün yeni xəbərdir".
Musavat.com
28 Avqust 2025
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ