İnsanlara hürriyət, millətlərə istiqlal!

Merts: “Ukraynanın kapitulyasiyası Putinə yalnız növbəti müharibəyə hazırlaşmaq üçün vaxt qazandıracaq”

Musavat.com xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Kişinyova səfəri zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama verib. O, Ukraynanın kapitulyasiyasının bölgədə real sülh gətirməyəcəyini, əksinə Rusiyanın yeni müharibələrə hazırlaşması üçün fürsət yaradacağını bildirib.

“Biz Ukraynanın kapitulyasiya etməsini istəmirik. Belə bir kapitulyasiya Rusiyaya yalnız vaxt qazandıracaq, Putin isə bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək. Biz möhkəm bir sülhə ehtiyac duyuruq. ABŞ və Avropadakı tərəfdaşlarımızla birlikdə bunun üzərində ciddi şəkildə işləyirik. Bunu Ukrayna üçün edirik, amma həm də özümüz üçün edirik”, — deyə Merts çıxışında vurğulayıb.

Almaniya kanslerinin sözlərinə görə, Avropa və ABŞ-ın birgə səyləri Ukraynaya davamlı dəstək verməyə yönəlib. Onun fikrincə, yalnız hərbi və siyasi dəstək vasitəsilə Ukraynanın müstəqilliyi qoruna bilər və Rusiyanın yeni təcavüz planları puça çıxarıla bilər.

Merts əlavə edib ki, Avropanın təhlükəsizliyi Ukraynanın taleyindən ayrılmazdır və məhz bu səbəbdən Qərb dövlətləri birlikdə “ədalətli və uzunmüddətli sülh”ün əldə olunması üçün çalışır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR