İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada təyyarəni YANDIRMAQ İSTƏDİLƏR – ölkə PANİKADA, Almaniya Ukraynaya GİRİR - hazırlıq BAŞLADI

Şimali Osetiyada "Vladiqafqaz" beynəlxalq hava limanında təyyarənin yandırılması cəhdinin qarşısı alınıb, terror aktı ilə bağlı cinayət işi açılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə İdarəsindən bildirilib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsi "Vladiqafqaz" beynəlxalq hava limanı ərazisində təyyarəni yandırmaq yolu ilə terror aktı törətməyi planlaşdıran 25 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb", - məlumatda qeyd olunub.

Bu arada Almaniya silah və qoşunların operativ şəkildə daşınması üçün dəmir yolu şəbəkəsi qurur — o cümlədən Ukraynaya yardım məqsədilə. Bu barədə alman nəşri Der Tagesspiegel yazır. Məlumata görə, bu magistrallar sayəsində alyans hərbi əməliyyat zonalarına 800 minədək əsgəri, həmçinin silah və texnikanı yönləndirə biləcək.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR