Onlayn ictimai-siyasi qəzet
Macarıstan hökuməti “Drujba” neft kəmərinə edilən hücumlara görə məsuliyyət daşıyan Ukrayna Silahlı Qüvvələrinin komandanına qarşı sanksiya tətbiq edib.
Musavat.com xəbər verir ki, baş nazirin ofisindən verilən açıqlamaya görə, həmin şəxsə Macarıstana və bütövlükdə Şengen zonasına giriş qadağan olunacaq. Rəsmi açıqlamada komandanın adı çəkilməyib.
Qeyd edək ki, bu gün “Drujba” neft kəməri ilə Macarıstan və Slovakiyaya neftin nəqli bərpa olunub.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ