İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və vilayətdə miqrantlara qarşı total nəzarət – Azərbaycanlılar hədəfdə

Musavat.com xəbər verir ki, Rusiyada miqrantlara qarşı sərt nəzarət tədbirləri yeni mərhələyə qədəm qoyub. Moskva və Moskva vilayətində “Amina” adlı mobil tətbiq istifadəyə verilib. Artıq vizasız ölkələrdən gələn bütün miqrantlar bu tətbiqi yükləməli, ünvanlarını qeyd etməli və geolokasiyanı aktivləşdirməlidirlər. Tətbiq bütün yerləşmə məlumatlarını DİN-ə ötürəcək. Əgər şəxs üç gün ərzində “yoxa çıxarsa”, onun bank hesabları, SIM-kartı bloklanacaq və deportasiya edilməsi mümkün olacaq.

Ekspertlər bildirirlər ki, bu addım Rusiyada illərdir artan antimiqrant siyasətin yeni formasıdır. Xüsusilə də türk və müsəlman respublikalarından olan, eləcə də Azərbaycan kimi postsovet ölkələrindən gələn miqrantlar bu siyasətin əsas hədəfindədir.

Məlumatlara görə, Azərbaycanlı miqrantların liderləri müxtəlif bəhanələrlə həbs olunur, bir çox hallarda isə işgəncələrə məruz qalır. Səfərov qardaşlarının Rusiya FSB -si tərəfindən işgəncə ilə öldürülməsi buna misaldır.

Bütün bu proseslər Azərbaycan–Rusiya münasibətlərində son aylarda yaşanan gərginliyin fonunda baş verir. Xatırladaq ki, ötən ilin sonunda AZAL təyyarəsinin vurulması ilə bağlı Moskva üzr istəməmiş, cinayətkarları cəzalandırmamış və kompensasiya ödəməmişdi. Bakı isə buna adekvat münasibət göstərib.

Bu münasibətlərin soyuması fonunda Kreml Azərbaycana qarşı həm informasiya müharibəsini gücləndirib, həm də azərbaycanlı miqrantlara təzyiqi artırıb. Nəticədə soyqırımı xatırladan bu təzyiq siyasətinin əsas yükünü məhz Rusiyadakı azərbaycanlılar daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR