İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: Ermənistan seçim etməzdən öncə bütün amilləri dəyərləndirməlidir

Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxaraq Avropa İttifaqına (Aİ) üzv olub-olmaması barədə qərar yalnız erməni xalqı tərəfindən qəbul edilməlidir və bu zaman bütün amillər nəzərə alınmalıdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin vitse-premyeri Aleksey Overçuk danışıb.

“Yaxınlarda Nikol Vovayeviç Paşinyan (Ermənistanın baş naziri – red.) dedi ki, eyni zamanda həm Aİİ, həm də Aİ üzvü olmaq mümkün deyil. Əgər nə vaxtsa belə bir qərar verilərsə, əminəm ki, hər iki istiqamətdə qərar qəbuluna təsir göstərən müxtəlif amillər nəzərə alınacaq”, – deyə Rusiya hökumət başçısının müavini vurğulayıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR