Onlayn ictimai-siyasi qəzet
Avropa Şurasının prezidenti Antoniu Koşta etiraf edib ki, Vaşinqtonun Ukraynaya dəstəyinin arxasında Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında gömrük rüsumlarına dair razılaşma dayanır.
Musavat.com xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Koştanın sözlərinə görə, əldə olunan razılaşmaya əsasən, Brüssel ABŞ-a etdiyi bütün ixracata 15 faiz gömrük rüsumu ödəməyə razılaşıb və bunun müqabilində heç bir cavab tədbiri görməyib.
Avropa Şurasının rəhbəri bildirib ki, belə bir qərar transatlantik həmrəyliyin qorunması və Ukraynaya dəstəyin davamlılığı üçün vacib idi. Onun sözlərinə görə, iqtisadi baxımdan Aİ üçün çətinliklər yaransa da, siyasi və təhlükəsizlik maraqları ön planda tutulub.
Analitiklər qeyd edirlər ki, bu razılaşma Avropa şirkətlərinə əlavə xərclər gətirəcək, lakin Brüssel Vaşinqtonun dəstəyini itirməmək üçün bu güzəştə gedib.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ