Onlayn ictimai-siyasi qəzet
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın iştirak etməməsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT+) sammitində planlaşdırılan fotosessiyanın ləğv olunmasına səbəb olub.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, Putin iqamətgahda bir sıra ikitərəfli görüşlərə görə gecikib, Ərdoğanla danışıqlar isə kritik mövzuları əhatə edib.
Nəticədə hər iki lider birgə foto çəkdirməyə çatmayıblar.
Nəşrin məlumatına görə, mərasimdə 20-dən çox dövlət başçısı iştirak edib. Sammitin təşkilatçısı olan Çin tərəfi təxminən 15 dəqiqə gözləyib, lakin sonra fotosessiyanı Putin və Ərdoğansız davam etdirmək və ya tam ləğv etmək qərarı ilə üzləşib. Sonda, Rusiya və Türkiyə prezidentləri olmadan çəkilişin “mənasız və natamam” görünəcəyi səbəbilə, fotosessiyadan imtina edilib.
Qeyd edək ki, bir gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Putin və Ərdoğan Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz məsələləri, həmçinin Ukrayna ilə müharibəyə son qoymaq imkanlarını müzakirə ediblər.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ