İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qalatasaray" daha bir ulduzu transfer edir: Razılıq əldə olundu - FOTO

"Qalatasaray" "Manchester City"nin ulduz futbolçusu İlkay Gündoğanla anlaşma əldə edib.

Sarı-qırmızılılar, Almaniya millisinin də formasını geyinən 34 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayacaq. Razılaşmaya əsasən, Gündoğan hər mövsüm üçün 7 milyon avro məvacib alacaq.

Ulduz futbolçunun uçuş planı artıq müəyyənləşib. İlkay Gündoğan sentyabrın 2-si, səhər saatlarında İstanbula gələcək. O, tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqaviləyə imza atacaq.

Bu mövsüm "Manchester City"nin heyətində 4 oyuna çıxan Gündoğan, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

1292116.jpg (68 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR