Onlayn ictimai-siyasi qəzet
Fransa millisinin sabiq futbolçusu Samuel Umtiti karyerasını bitirmək qərarına gələ bilər.
Məlumata görə, 2018-ci ildə Fransa yığmasının heyətində dünya çempionu adını qazanan müdafiəçi uzun müddət sağ dizindəki zədədən əziyyət çəkib. Hazırda sağalsa da, 31 yaşlı futbolçu özünə yeni komanda tapa bilmir.
"Barselona"nın keçmiş oyunçusu sentyabrın 10-dək vaxt müəyyən edib. Əgər bu tarixədək klubla anlaşa bilməsə, peşəkar karyerasına son verəcək.
Xatırladaq ki, Umtitinin son klubu Fransa təmsilçisi "Lill" olub. (Milli.Az)
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ