Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ən böyük nəqliyyat-ekspeditor şirkətlərindən biri olan “Spayka”ya məxsus 100-dən çox yük maşını bir neçə gündür Rusiyaya buraxılmır.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları avtomobilləri səbəbləri açıqlamadan saxlayır.
Ermənistan hakimiyyəti isə indiyədək nə rəsmi bildiriş, nə də şikayət almadığını bildirir.
Nəşr iddia edir ki, bu addımın arxasında siyasi motivlər dayanır. Belə ki, “Spayka” şirkətinin direktoru son vaxtlar ABŞ-ın Ermənistandakı səfiri ilə mütəmadi görüşlər keçirir və həmin təmaslar mediada geniş işıqlandırılır. Sonuncu görüş isə təxminən iki həftə əvvəl baş tutub. Qəzet yazır ki, bu, Moskvanın narazılığına səbəb ola bilər.
“Spayka” maşınlarının uzunmüddətli blokadası təkcə şirkətə deyil, həm də Ermənistanın kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vuracaq. Çünki bu vəziyyət onların məhsullarının ixracını xeyli çətinləşdirir.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ