İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov İsraillə ortaq layihəyə imza atdı: “Golden Care” Azərbaycana gəlir - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov rəhbəri olduğu Sea Breeze Resort çərçivəsində beynəlxalq səviyyəli səhiyyə layihəsinə start verib.

Musavat.com xəbər verir ki, o, İsrailin aparıcı tibbi şirkəti Golden Care (GC) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

3 sentyabrda Bakıda keçirilən görüşdə tərəflər Azərbaycanda müasir tibbi klasterin yaradılması məsələsini müzakirə ediblər və bununla bağlı əməkdaşlıq niyyət protokoluna imza atıblar. Rəsmi açıqlama Sea Breeze-in sosial media hesabında paylaşılıb.

“Golden Care” – İsrailin ən qabaqcıl tibbi şirkətlərindən biridir.

Şirkət:
• palliativ yardım,
• reabilitasiya,
• orfan (nadir) xəstəliklərin müalicəsi,
• geriatriya (yaşlıların tibbi dəstəyi) sahəsində ixtisaslaşıb.

Golden Care hazırda İsraildə geniş klinikalar şəbəkəsini idarə edir, on minlərlə pasiyentə xidmət göstərir və beynəlxalq səviyyədə yüksək reputasiyaya malikdir.

Musavat.com-un topladığı məlumata görə, yeni yaradılacaq “Golden Care” klinikası Sea Breeze şəhərciyində inşa ediləcək və regionda ilk belə tibbi mərkəz olacaq. Layihənin məqsədləri:

• Azərbaycanda beynəlxalq standartlara cavab verən tibbi xidmətlərin təşkili,
• müasir diaqnostika və müalicə imkanlarının yaradılması,
• tibbi turizmin inkişafı və xarici pasiyentlərin ölkəyə cəlb olunması,
• Sea Breeze şəhərciyinin sosial və səhiyyə infrastrukturunun genişləndirilməsi.

Emin Ağalarov imza mərasimindən sonra sosial media hesabında yazıb:

“Biz tibbi klasterin yaradılması yolundayıq. Bizə inam göstərən tərəfdaşlara təşəkkür edirəm.”

Mütəxəssislərə görə, layihə Azərbaycanın səhiyyə sisteminə yeni nəfəs gətirəcək, xüsusilə nadir xəstəliklərin müalicəsi və palliativ yardım sahəsində mövcud boşluğu dolduracaq. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan-İsrail münasibətlərinin səhiyyə sektorunda da yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR